Tanınmış rusiyalı aparıcı: Azərbaycanlı kişilər rus kişilərdən daha güclüdür – VİDEO

sen-11
08:30 2019
Rusiyanın məşhur aparıcısı Svetlana Zeynalova etiraf edib ki, azərbaycanlı kişilər həyatı boyu rastlaşdığı rus kişilərdən daha güclüdür.

“Paxlava Production” layihəsinə müsahibəsində aparıcı bildirib ki, azərbaycanlı kişilər ailə məsələlərində daha məsuliyyətlidirlər.

“Mən deyə bilərəm ki, qarşılaşdığım rus kişilərə nisbətən azərbaycanlı kişilər daha güclüdür. Onların ailə, qadın, uşaq və kişi məsuliyyətinə aid müəyyən anlayışları var”, – deyə aparıcı qeyd edib.

“Kişi hansı məsələdə güclü olmalıdır, qərar qəbul etməlidir, pul qazanmalıdır – Moskvada bu məsələr bir az zəifləyib. Kişilər müntəzəm olaraq heç bir qərar vermirlər, qərarları qadınlar verirlər. Rusiya paytaxtında qadınlar daha güclüdürlər”, – deyə Zeynalova əlavə edib.

Qeyd edək ki, Svetlana Zeynalova rusiyalı radio və televiziya aparıcısıdır. Hazırda Rusiyanın “Birinci kanal”ında “Dobroe utro” verilişinin aparıcısıdır. 2015-ci ilə qədər “Maximum”, “Business FM” və “Naşe Radio” radio stansiyalarında verilişlərin aparıcısı olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər