“Azərbaycanda hələ də Aşura günü ənənəsi yaşadılır” Allahşükür Paşazadə

sen-10
08:47 2019
“İllər keçməsinə baxmayaraq, Azərbaycanda hələ də Aşura günü ənənəsi yaşadılır. Ancaq zəncirvurma, başyarma, qançıxarma məsələləri halları bəyənilmirdi”

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, buna görə qərara gəlindi ki, bunların əvəzinə qanvermə aksiyası keçirilsin: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.

Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir:

“Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də baş sağlığı diləyirəm”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər