Valideynlərə ŞAD XƏBƏR – Şagirdlərin çantaları yüngülləşdirilir – VİDEO

sen-10
07:23 2019
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində işlər görülür.

Ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib.

Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirib ki, Azərbaycanda I sinfə gedən şagirdlərin çantasında olan kitablar cəmi 1 kiloqram 200 qram təşkil edir.

Bu isə beynəlxalq standartlara tam uyğundur. Onun sözlərinə görə, müəllim və valideynlər ağır dərslik problemini birlik də həll edə bilərlər.

Bunun üçün dərsliklər sinif otağında qala bilər və şagirdlər evdə elektron vəsaitlərdən istifadə etməklə tapşırıqları yerinə yetirə bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi bu il I-XI sinif şagirdləri üçün ümumilikdə 322 adda 5 milyon 668 mindən çox kitab və metodik vəsait nəşr edərək onları lazımı yerlərə çatdırıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər