Azərbaycan millisinin sabiq baş məşqçisi Ermənistana məğlubiyyətə görə istefa verib

sen-09
05:31 2019
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina milli komandasının sükanı arxasını tərk edib.

“Report”un məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssisin özü səfərdə Ermənistana 4:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra qərarını açıqlayıb.

“Mən hamı ilə danışdım və qərara gəldim ki, istefa verim. Komandaya rəhbərlik edərkən AVRO-2020-yə yüksələcəyimizə inanırdım. Amma biz bunu edə bilmədik. İndi əvəzləyicim komandanı Millətlər Liqasına hazırlaya biləcək. Daha mən bu yığmada baş məşqçi deyiləm”.

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pilləni tutur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər