Rəqsanə 11 il əvvəl aldığı paltarların pulunu hələ də ödəməyib

avq-30
07:52 2019
Müğənni Rəqsanə İsmayılova 2008-ci ildə aldığı geyimlərin pulunu indiyədək ödəməyib. Bu üzdən də məhkəməyə verilib.
Bu məsələ ilə əlaqədar müğənninin haqqında məhkəmə qərarı çıxarılıb. Onu məhkəməyə verən isə ona geyimləri satan Sevinc Zülfüqarova olub. O, Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddiada R.İsmayılovadan 28 min 447 manat pul tələb edib. Göstərib ki, müğənni 2008-ci ildə ondan 11 min 790 manatlıq geyim alıb, pulunu ödəməyib. S.Zülfüqarovanın bildirdiyinə görə, o, öncə müğənnidən Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. İdarədə araşdırma zamanı Rəqsanə ona 5 min manat borcu olduğunu etiraf edib. S.Zülfüqarova iddia ərizəsində yazıb ki, hətta Rəqasanənin dediyi həqiqət kimi qəbul olunsa belə, 5 min manatı 10 ildən çox ödəməməklə müğənni ona xeyli ziyan vurub: “5 min manat o vaxt 6 min 400 dollara bərabər idi. Onun pulu ödəməməsi nəticəsində mən mənəvi sarsıntı keçirməklə yanaşı, maddi ziyan da çəkmişəm. Bankdan illik 19 faizlə kredit götürmək məcburiyyətində qalmışam. Krediti çox çətinliklə ödəmişəm, bir hissəsi də qalıb”.

Nəsimi rayon Məhkəməsi 28 min 447 manatlıq tələbdən 7000 manatını təmin edib. Bu qədər məbləğin R.İsmayılovadan tutulub, S.Zülfüqarovaya ödənilməsinə qərar verib. Müğənni bu qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin edib. O əsasla ki, S.Zülfüqarova borc məsələsilə əlaqədar məhkəmədə iddia qaldırmaq müddətini ötürüb. Qanunda bu cür şikayətlər üçün müddət nəzərdə tutulub. Bizimyol.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər