Günahsız yerə 35 il həbs yatdı, 3 milyon təzminat alacaq

avq-30
07:18 2019
ABŞ-ın Nevada ştatının sakini Keti Vuds törətmədiyi cinayətə görə 35 il həbs cəzası çəkib. “Qafqazinfo” bildirir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu səbəbdən məhkəmə ona 3 milyon ABŞ dolları təzminat ödənilməsini qərara alıb. Vudsun vəkili hesab edir ki, təzminatın məbləği onun müştərisinin bu illər ərzində yaşadıqları üçün çox azdır. O, qadına 3,5 milyon dollaradək təzminat ödənilməsini tələb edir.

Qeyd edək ki, K. Vuds 1980-ci ildə çalışdığı barda 19 yaşlı tələbəninn öldürülməsində günahlar bilinərək həbs edilib. O bütün gəncliyini istintaq səhvinə görə həbsxanada keçirməli olub. 2015-ci ildə cinayət yerində ekspertizanın köməkliyi ilə siqaret kötüyü tapan müstəntiqlər həqiqi qatilin kimliyini öyrənib. Cinayətkarın daha 5 qadını öldürən Rodni Holbauer olduğu üzə çıxıb. 2018-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər