Bu ərazilərdə qaz olmayacaq

avq-30
07:15 2019
Bu gün səhər saat 08:00-dan təmir işləri başa çatanadək Bakının Nəsimi rayonu, 20 yanvar və A.Məhərrəmov küçələrində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırma işləri aparılacaq.

Saat 09:00-dan etibarən isə Goranboy rayonu ərazisində yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı rayon mərkəzi, bir neçə qəsəbə və kənddə də qaz verilişi saxlanılıb.
Saat 10:00-dan başlamaqla işlər yekunlaşanadək Şəki, Qax, Zaqatala, Oğuz və Balakən rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. Bu, dövlət sərhədi avtomobil yolunun SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus magistral qaz kəməri ilə kəsişmə yerlərində yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır.

Təmir bərpa işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sumqayıt şəhərinin bir hissəsində də qazın verilişində məhdudiyyətlər tətbiq ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər