"İçki içmirəm, amma çəkirəm, həvəskarıyam" — Bakıda reyd zamanı saxlanılan narkoman sürücü - VİDEO

avq-30
06:31 2019
Paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbir Binəqədi ərazisindən başlayıb.
Hər yerdə olduğu kimi burada da həyatını təhlükəyə atan piyadalar az deyil.

Günün pik saatlarında hərəkətin intensivliyindən istifadə edərək dilənçilik edən şəxslər də polislərin gözündən yayınmadı. Azyaşlıya tütün məmulatı satan obyekt də ifşa olunanlar arasında idi.

Adi qaydaya görə, bilmədiyimiz məqamları isə yol polisi üzə çıxardı. Qayda pozan və əmrə tabe olmayanları saxladıqca üzə çıxdı ki, aralarında sərxoş olan, uyuşdurucu maddənin təsirinə düşən onlarla sürücü var.

Saxlanılan sürücü: "İçən deyiləm amma narkotikin həvəskarıyam. İçkili deyiləm. Hal-hazırda istifadə etmişəm"

Tədbirin pik nöqtəsi isə Binəqədi polisinin 1 kq narkotik vasitəni dövriyyədən çıxarması oldu. 34 yaşlı paytaxt sakini Ceyhun İsayev avtomobilində saxlanılan zaman üzərindən və nəqliyyat vasitəsindən müxtəlik tərkibli psixotrop maddələr aşkar edildi.

Bu kimi tədbirlərin ictimai təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini nəzərə alan paytaxt polisi reydlərini davam etdirəcək. (metbuat.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər