“Ehsan qadağası”nın 5 ili: əməl etməyənlərin 4 minlik çadırları…

avq-27
08:57 2019
Ekspert: “Bunun dini baxımdan heç bir əsası yoxdur”
Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir. Ötən illər ərzində qadağaya əməl edib, yas mərasimlərində, sadəcə olaraq, çay və halva verənlər də oldu, bu qadağaya məhəl qoymayanlar da. Məlumat üçün bildirək ki, Azərbaycanda yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başlayıb. Bütün ölkə boyu ehsan süfrələrinin açılmaması tövsiyə olunub. Bəzi yerlərdə qadağaya riayət etməyənlərin təşkil etdiyi məclisdən ərzaq və yemək müsadirə edilib. Hətta bəzi rayonlarda bu işə polis, icra və bələdiyyə orqanları cəlb olunub.

Hazırda mərasim evlərində nələr verilir və qiymətlər necədir?

“Yeni Müsavat” olaraq bu istiqamət üzrə kiçik bir araşdırma edib, fantastik rəqəmlərlə üzləşdik. Əvvəla onu qeyd edək ki, artıq mərasim evlərinin sahibləri müasir texnologiyadan yüksək qaydada faydalanıb, öz elan və məlumatlarını sosial şəbəkələr, axtarış saytları üzərindən yayırlar. Bu məlumatlarda istər çadır, istərsə də mərasim evlərinin ölçü və vəziyyəti də qeyd edilir. Qiymətləri isə yalnız müraciət etdikdən sonra özəl olaraq bildirirlər. Ümumilikdə yas mərasiminin təşkili üçün 2-4500 manat arasında qiymətlər dəyişir. Söhbət çadır və çadırda olan xidmətlərdən gedir. Əgər səsgücləndirici, molla, aşpaz, ofisiant xidməti də verilirsə, qiymətlər yuxarıda qeyd etdiyimiz həddə qədər yüksəlir. Boş çadırlar 1 gün olmaq şərtilə 350-500 manata icarə verilir. Boş çadır verilən zaman onun quraşdırılması və sökülməsi də qeyd edilən qiymətə daxildir. Ofisiant qiymətləri isə 15 manatdan başlayır. Mollalar 150-200 manata məclisi aparırlar.

Yas mərasiminin təşkili üçün qiymətlər 2000-4000 manat arasında dəyişir.

Ancaq səsgücləndirici mikrofon, molla, aşpaz, ofisiant sifariş verdikdə qiymətlər artır. Boş çadırlar 24 saat müddətinə 400-500 manata da kirayə verilir. Bu zaman işçilər gəlib yalnız boş çadırı quraşdırıb gedəcəklər. Bir ofisiantın günlük xidmət haqqı 20-30, aşpazınkı isə 50 – 80 manatdır. Molla və mərsiyə deyənlər isə məclisə 100-150 manata gəlir. Onu da qeyd edək ki, bahalı çadırlarda kondisioner, havalandırma sistemi, döşəmə, soyuq havalarda soba, yumşaq oturacaqlar, səyyar qadın-kişi ayaqyolu da daxil edilir.

Bu çadırları sifariş edənlər, eyni zamanda ehsan da verirlər.

İlahiyyatçılar isə bildirirər ki, qeyd edilənlərin heç birinin ölüyə faydası yoxdur.

“Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, uzun illər öncədən bu məsələ ilə bağlı şikayətlər olub:“2000-ci illərin əvvəllərində Qazax, Şamaxı kimi rayonlarda, Naxçıvanda, Bakıətrafı ərazilərdə yerli camaatın öz istəyi ilə bu ehsan süfrələrinin yığışdırılması cəhdi oldu. Ümumiyyətlə, ölkədə narazılıq yaşanırdı. Çünki bunun dini baxımdan da əsası yoxdur. Şəriətdə də belə bir hal var ki, ölüsü olan ailəyə 1 həftə boyu qohumları, qonşuları yemək bişirib gətirməlidir. Bu, həm də israfdır. Məlum olduğu kimi, 2014-cü ildə hökumət tərəfindən ruhanilərə, icra nümayəndələrinə tapşırıq oldu ki, yas məclislərində ehsan süfrələri yığışdırılsın. Bu, yaxşı addımdır. Düzdür, bir tərəfdən belədir ki, qanunla bu, mümkün deyil. Ancaq bunun bir əxlaqi, ictimai tərəfləri də var ki, onu da nəzərə almaq lazımdır. Belə bir adətlərin dində heç bir əsası yoxdur. Ona görə də heç kim məcbur deyil ki, ehsan süfrəsi açsın. Dində vacib şərtlərin içərisində ehsan vermək, süfrə açmaq yoxdur. Ehsan vermək yaxşılıqdır. Bunun yerinə bulaq, yol da çəkdirmək olar. Əgər imkanın yoxdursa, bunları etməkdə məcbur deyilsən. Ona görə də ehsan süfrəsinin ləğvi məsələsinin gündəmə gətirilməsi yaxşı hal idi. İlk illərdə sərt addımlar atıldı. Çoxlu mağarlar, mərasim evləri var. Bu da bir növ biznes faktoruna çevrilib. Ehsan qadağasının tətbiqini əngəlləyən səbəblərdən biri də budur. Ona görə də ehsan süfrəsini tamamilə yığışdırmaq olmadı. İlk aylarda ehsan qadağasını sərt formada tətbiq etdilər. Düşünürəm ki, bir qədər yumşaq formada edilsəydi, yavaş-yavaş insanlar bu adətdən əl çəkərdilər. Bildiyim qədər hazırda ölkənin bir çox hissələrində ehsan süfrəsi açılmır. Ancaq açılan yerlər də var. Əvvəllər yalnız uzaqdan gələnlərə süfrə açılırdı, getdikcə bu, israf halını aldı”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər