Dindar qardaşın lesbiyan bacısı Almaniyadan Bakıya qayıtmağa qorxur

avq-27
08:52 2019
Almaniyada Azərbaycandan olan cinsi azlıqların nümayəndəsi məsələsi fəal müzakirə olunur. O, Hamburqda yaşayır və alman hakimiyyəti qadına yaşayış icazəsi verməyə razıdır, ancaq qanuna əsasən Bakıya qayıtmasını və Almaniyaya viza almasını tələb edir. Lakin azərbaycanlı qadın vətəninə getmək istəmir, çünki Bakıda ciddi ailəsi və bir dindar qardaşı var.

Virtualaz.org xəbər verir ki, bu barədə yerli “Zeit” nəşri yazıb.

Alman mediası yazır: “Onun 33 yaşı var, amma nə qadındır, nə də kişi. Adı Mariya M.-dir (çox güman ki, “Zeit” qəhrəmanın adını dəyişib – red.). 2014-cü ildən Almaniyada yaşayır, amma indi Azərbaycana qayıtmaq lazımdır. Miqrasiya xidməti onun Bakıda Almaniyaya viza üçün müraciət etməsini tələb edir. Hamburqda yaşayış icazəsi almaq üçün vizaya ehtiyac var.

Şübhə yoxdur ki, Mariya Almaniyada qalmaqda davam edəcək. 2018-ci ildən bəri bir alman qadını ilə evlənib və “yarısı” sayəsində orada qala bilər. Lakin səlahiyyətlilər qadının əvvəlcə Azərbaycana getməsini tələb edirlər”.

Maria Klaudiusun vəkili Simon Brenneysen bildirir ki, Bakıya səfər təhlükəlidir. Viza almaq dörd-səkkiz həftəyə qədər vaxt aparacaq və Brenneysenə görə, bütün bu müddətdə Mariya ailəsindən gözlənilən təhlükə altında qalacaq. Qadının heç bir zaman öz bacısının homoseksuallığını qəbul etməyən dindar bir qardaşı var. Vəkil vurğulayır ki, ailəsi ilə görüşmək qorxusundan Mariya hətta psixoloqa müraciət etməyə məcbur olub.

Brenneysen deyir ki, bəzi hallarda hakimiyyət güzəşt edir və miqrantları sırf rəsmi səbəblərdən vətənlərinə qayıtmağa məcbur etmir. Səlahiyyətlilər hesab edirlər ki, bu vəziyyətdə güzəşt üçün xüsusi əsaslar yoxdur. Hakim azərbaycanlı qadına Bakıdakı qohumları ilə danışmamağı tövsiyə edib.

Məhkəmə prosesi davam edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər