İranda qadınların stadiona girişinə icazə verildi

avq-26
05:24 2019
İranda qadınlara futbol üzrə dünya çempionatının seçmə mərhələsini stadionda izləmələrinə icazə veriləcək. Bunu İranın İdman nazirliyi bildirib.

“Qadınlar oktyabrın 10-da Kambocaya qarşı seçmə oyunu izləmək üçün asadi stadionuna girə biləcəklər”-deyə İranın idman naziri Cəmşid Tağızadə avqustun 25-də İRNA agentliyinə bildirib.

Bu ilin iyununda FİFA prezidenti Gianni Infantino İranın futbol federasiyasına məktub göndərərək bildirmişdi ki, qadınların stadionlara girişi üçün “konkret addımlar” atılmalıdır. Əgər İran bunu etməsə sanksiya ilə üzləşə bilər. Ancaq İnfantio onun tələbi qulaqardına vurularsa İrana qarşı hansı addımların atılacağını deməyib.

Fəallar və müstəqil idman şərhçiləri isə təklif etmişdilər ki, Asiyanın ən yaxşı yığmalarından olan İran millisinə qarşı cəza tədbirləri görülməsini, hətta millinin 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokunda iştirakdan kənarlaşdırılmasını təklif ediblər.

İranda qadınların futbol stadionlarına getməsi 1979-cu il İslam İnqilabından bəri qadağan olunub.

Mühafizəkar ruhanilər iddia edirlər ki, qadınlara stadion qadağası onların orada söyüş və nalayiq sözlər eşitməmələri, habelə “yarıçılpaq” kişiləri görməmələri üçün qoyulub.

İnsan haqları təşkilatları isə bildirirlər ki, bu qadağan İslam Respublikasında cinsi ayrıseçkiliyin mövcud olmasının təzahürüdür./virtualaz.org/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər