ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd edib

avq-26
07:15 2019
ABŞ-da erməni diasporu nümayəndələrinin Türkiyəyə qarşı qaldırdıqları məhkəmə iddiaları onlar üçün uğursuzluqla nəticələnib.

Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, erməni əsilli 5 Amerika vətəndaşı, 1915-ci il hadisələri zamanı Osmanlı dövlətini tərk edən ailələrinin “əmlak, o cümlədən torpaq itkisi” üçün Türkiyə hökumətindən, Türkiyə Mərkəzi Bankından və Türkiyənin dövlət bankı Ziraatdan təzminat tələb ediblər.

Qaris Davoyan və Hrayra Turabyanın Kaliforniya Ali Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə 29 iyul 2010-cu ildə başlayıb.

Eyni məhkəmədə daha bir proses 10 dekabr 2010-cu ildə Aleks Bakalyan, Anais Harutyunyan və Rita Mehdesyanın şikayətləri əsasında start götürüb.

Doqquz illik dinləmə və araşdırmalardan sonra məhkəmə hər iki halda ermənilərin iddialarını təmin etməmək qərarına gəlib.

Xüsusilə ABŞ Federal Kassasiya Məhkəməsi, tarixi hadisələrə dair qərarların yalnız ekspert təhlili əsasında verilə biləcəyi barədə hökm çıxarıb.

Türk banklarının vəkilləri ilə təmsil olunan müdafiə tərəfi isə Amerika məhkəmə orqanlarının bu kimi məsələlərdə qərar vermək hüququna sahib olmadığını bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər