Zaqatalada maskalı şəxslər evə basqın ediblər

avq-23
06:21 2019
Zaqatalada maskalı şəxslər evə basqın ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avqustun 16-da üç nəfər maskalı naməlum şəxs Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri 31 yaşlı Fərhad və 21 yaşlı İsmayıl Zəngiyevlər, eləcə də Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib və onlardan ikisi Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs F.Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Dəstənin digər üzvünün müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər