Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – Ermənilərdən ETİRAF

avq-22
06:16 2019
Cəbhənin Qazax rayonu istiqamətində, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir.

Modern.az xəbər verir ki, Ermənistan tərəfi də təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə çatan strateji Babakər zirvəsində möhkəmləndiyini etiraf edib.

Bunu “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan deyib.

“Azərbaycan öz mövqelərini Babakər zirvəsi istiqamətində, Qazax rayonunun Tavuş vilayəti ilə sərhədində 500-600 metr irəli çəkib. Paralel olaraq, sərhədyanı Çinari kəndində də sərhəd dəyişikliyi qeydə alınıb”.

Ovannisyan Ermənistan tərəfinin də təmas xəttində irəliləmək cəhdləri etdiyini, lakin bunun nəticəsində tərəfləri ayıran neytral zonanın azaldığını açıqlayıb. Onun fikrincə, ermənilərin neytral ərazinin uzunluğunu azaltması cəbhədə əlavə gərginlik yaradacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər