“WhatsApp” da barmaq izinə keçir

avq-20
06:36 2019
“WhatsApp” messenceri fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində son dərəcə təkmilləşib.

Proqramın ilkin versiyasında yalnız yazılı mesajlar göndərmək mümkün idisə, hazırda onun vasitəsilə hətta qrup şəklində audio və video-zənglər etmək mümkündür.

Avqustun 18-də isə messencerin xidmətləri siyahısına çoxdan gözlənilən daha bir funksiya əlavə olunub.

Rəsmi mənbələrdən alınan məlumata əsasən, artıq “WhatsApp”ın “Android” üçün nəzərdə tutulan yeni 2.19.221 versiyası istifadəçilərin ixtiyarına verilib. Hazırda proqram sınaq versiyasındadır. Yekun versiyası çox güman ki, ən tezi sentyabrda işə salınacaq.

Söhbət xüsusi yeni “barmaq izi” funksiyasından gedir. Belə ki, bundan sonra bütün şəxsi məlumatlar yalnız adi parolla deyil, barmaq izləri ilə də qorunacaq. Bu funksiyanı aktivləşdirdikdə hər dəfə messenceri işə salmaq üçün barmaq izini skan etmək lazım olacaq. Beləliklə, yazışmaları kənar şəxslərin əlinə düşməkdən qorumaq daha rahat olacaq.

Bunun üçün sazlamalara daxil olaraq “Məxfilik” bölməsində “Barmaq izi”ni seçmək lazımdır.(oxu.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər