Bu gün temperatur 39-a çatacaq

avq-19
06:50 2019
Bakıda və bölgələrdə isti hava şəraiti müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gün ərzində havanın günəşli olacağı, havanın temperaturunun 32-37° dərəcə təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu günə olan proqnozuna görə, Bakıda atmosfer təzyiqi norma daxilində, 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın temperaturu gündüz 34-39° isti, dağlarda 25-30° isti olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər