Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

avq-19
05:50 2019
Bu gündən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.

Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər miq.edu.az/musahibeler linki vasitəsilə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər