Məhkəmə Aygün Kazımovanın şikayətini təmin etmədi

noy-10
19:27 2015
Məhkəmə Aygün Kazımovanın şikayətini təmin etmədi
























Müğənni ölkədən çıxa bilmir

Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə A. Kazımovanın şikayəti təmin edilməyib.

Qeyd edək ki, müğənni Natəvan Həbibi A. Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N. Həbibi iddia ərizəsində A. Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.

Bunun üçün A. Kazımovanın N. Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmə N. Həbinin iddiasını təmin edib.

Belə ki, məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Həmin qətnamədən A. Kazımovanın verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.

Lakin həmin qətnamə A. Kazımova tərəfindən icra olunmadığı üçün N. Həbibi yenidən məhkəməyə müraciət edib.

A. Kazımova məhkəmə qərarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulması istənilib.

Məhkəmə A. Kazımovanın ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bundan sonra A. Kazımova həmin qərardaddan apellyasiya şikayəti verərək məhdudiyyətin götürülməsini istəyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər