Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)

avq-16
05:55 2019
Energetik içkilərin zərərləri ilə bağlı dəfələrlə yazılar yazmışıq. Elə biri yoxdur ki, bu içkilərin zərərindən xəbərsiz olsun.

Ölkəmizdə də hər gün yeni ad altında enerji içkisi bazara daxil olur. Reklam edilir, tanıtım, videolar çəkilir. Əgər qanun buna qarşı deyilsə təbii ki, enerji içkisi istənilən qədər reklam oluna bilər, amma bu gün bəhs edəcəyimiz məsələ bu deyil.

Belə ki, minval.info-nun xəbərinə görə, energetik içkilər sırasına yenicə daxil olan “Full”un reklam işləri elə də uğurlu alınmır.



Şirkət öz məhsulunu tez bir zamanda brend halına salmaq, tanıtmaq üçün pullar xərcləyir. Amma deyəsən düzgün üsul seçilməyib. Çılpaqlıq üzərindən diqqət çəkməyə çalışan şirkət daha da mənfi imic yaradır.

Bu yaxınlarda şirkət “Full Energy”nin yeni brend siması olan Miri Yusifin iştirakı ilə tədbir təşkil edib. Buraya qədər hər şey normaldır, amma tədbirdə çimərlik geyimində olan qızların iştirakı normal qarşılanmayıb. Çılpaqlıq üzərindən məhsulunu reklam etməyə çalışanlar deyəsən enerji içkisinin cinsi istək artırıcı olduğunu düşünür. Belə olmasa bu görüntülərə nə ehtiyac vardı ki?

Bu foto belə insanların burada enerji içkisinin dadına yox, başqa bir yerlərə baxdığını göstərir. Bəlkə də məqsəd elə budur.

Tədbirin fotolarının şərh bölməsində belə insanlar, “Model kimi təqdim olunan bu qızlar normal geyimdə olsalar tədbir baş tutmayacaqdı? Enerji içkisi belə əxlaqsızlıqla, çılpaqlıqla reklam edilir” tipli şərhlər yazıblar.Markanın rəsmi səhifəsində paylaşılan 1 dəqiqəlik videoda brendin siması olan Miri Yusifdən daha çox hovuzda, hovuzun kənarında yarıçılpaq şəkildə rəqs edən qızlar göstərilib.Qısa ətək, şort, çimərlik geyimində olan qızlardan istifadə edib öz məhsulunu reklam edən təkcə bu şirkət deyil. Digərləri də eyni addımı atırlar.Görünən budur ki, ölkəmizdə məhsulun reklamı üçün çılpaqlıq önəmlidir.“Full Energy”nin Miri Yusiflə ilk reklam videosu da bəyənilməyib.Bundan başqa, şirkətin smm işini görənlərin də qeyri-peşəkarlığı diqqət çəkir. Məsələn, aşağıda gördüyünüz fotoda yenə qadın bədənindən istifadə edib diqqət çəkməyə çalışılıb. Amma bunu belə qeyri-peşəkar həyata keçiriblər.İnternetdən əldə olunan fotonun üzərində qeyri-peşəkar fotoşop işi görərək hazırlanan poster də gülüş obyektinə çevrilib.Növbəti yazımızda: “Azərbaycanda enerji içkilərinin qiyməti niyə artmadı, şirkətlər hansı yollara əl atıb vergidən yayındılar? Enerji adı ilə insanlara satılan nədir?”

Paşa Sadıqlı

Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)
Çılpaqlıq, qadın vücudu ilə reklam edilən içkilər – “Full” rəzillik (FOTOLAR,VİDEO)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər