Elçilikdən əvvəl müayinədən keçsinlər – HƏKİMDƏN ÇAĞIRIŞ

avq-16
05:40 2019
Bu günün gənc ailəsini təşkil edən fərdlər zamanında tibbi müayinədən keçməyə utanmayıb, bunu vacib hesab etsəydilər, boşanmaların sayı bu qədər olmazdı. Analar qızlarını həkimə aparmaqdan hələ də çəkinir.

Axar.az xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev əhalinin tibbi müayinəyə əhəmiyyət verməməsi, belə müayinələrdən çəkinməsi ilə bağlı danışarkən deyib.

Həkim bildirib ki, bu kimi tibbi müayinələrə laqeyd münasibət göstərildiyindən evlilikdən sonra yaranmış problemi kişidə yox, qadında görürlər:

“Bizdə gənc qızları tibbi müayinədən keçirtmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar. Qorxurlar ki, qınaq atəşinə tutularlar. “Qız uşağını da həkimə apararlar?” sözünü eşitməkdən qorxurlar. Heç oğlanlar da tibbi müayinəyə meyilli deyil. Bəs nəticə nədir? Bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır və son illərin bəlası olan sonsuzluq vaxtında müəyyən edilmir. Bununla da ailə dağılır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları (gəlinləri) görürük. Ancaq olduqca yanlış yanaşmadır. Oğlanlarda problemlər az deyil. Son illər kişi sonsuzluğu sürətlə artır”.

Həkim bildirib ki, rəsmi nikah üçün tələb edilən sağlamlıq haqqında məcburi arayışa ciddi yanaşılmalıdır:

“VVAQ üçün olan məcburi müayinələr təqdir ediləndir. Amma spektr dardır. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz “çek ap” müayinədən keçsinlər, rəsmi nikahdan əvvəl yox. Ciddi problemlər vaxtında aşkarlansa, yeni qurulan ailələr bir ildən sonra dağılmaz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər