““Qarabağ” oyununda Ermənistan bayrağı olmayıb” - Rəsmi

avq-14
06:21 2019
Bakı şəhər Baş Polis İdarəsi ötən gün keçirilən “Qarabağ” - APOEL oyunu haqda məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir:

“Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azarkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib. Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla bağlı hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyə edirik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər