“Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü

avq-14
05:51 2019
“Palmali” gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə gəmisi ilə “Doric Warrior” gəmisi toqquşub.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin cəlb edildiyi bildirilir.

“Palmali” gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə adına gəmiyə Liberiyaya məxsus “Doric Warior” gəmisi çırpılıb, gəmidə ciddi dağıntılar yaranıb”.

Bunu isə APA-nın Türkiyə bürosuna “Palmali” şirkətindən bildiriblər.

Məlumatda o da qeyd edilib ki, hadisə baş verən an, gəmidə 14 nəfərlik heyət olub, qəzada yaralanan olmayıb. Şirkətin ekspert qrupu hazırda hadisə yerindədir və dəymiş ziyan hesablanır.

Şirkətdən bildirlib ki, gəminin yüklü olması haqqında məlumat yanlışdır, gəmi ilk sifarişini alıb və limanda olub.

Qeyd edək ki, bu barədə “Palmali” şirkətinin rəhbəri Mübariz Məsimov da sosial mediada məlumat yayıb.

“Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya düşdü

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər