Ronaldo özü ilə Messi arasında olan fərqi izah etdi

avq-14
05:46 2019
Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo özü ilə “Barselona”nın kapitanı Lionel Messi arasında olan fərqi izah edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “DAZN” yazıb.

Portuqaliyalının sözlərinə görə, argentinalıdan fərqi olaraq, o, müxtəlif klublarda oynayıb.

“Mən müxtəlif klublarda oynamışam. Çempionlar Liqasında müxtəlif komandalarla qalib gəlmişəm. Altı dəfə ard-arda turnirin ən yaxşı bombardiri olmuşam. Hamı Çempionlar Liqasında beş qələbəsi ilə öyünə bilməz”, – futbolçu danışıb.

O, həmçinin, Messinin nailiyyətlərini də qeyd edib.

“Leo – əla futbolçudur. Onu təkcə beş “Qızıl top” sahibi kimi yox, həm də mənim kimi yüksək dərəcəli peşəkar kimi xatırlayacaqlar”, – Ronaldo əlavə edib.

Qeyd edək ki, K. Ronaldo dörd dəfə “Real Madrid”in və bir dəfə “Mançester Yunayted”in oyunçusu kimi Çempionlar Liqasında qalib olub. Messi isə (“Barselona”) dörd dəfə sözügedən turnirdə qalib olub. Hər iki futbolçu beş dəfə “Qızıl top” qazanıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər