Bu ölkələrə kişilərsiz də gedə bilərsiniz

avq-12
08:12 2019
Yanınızda güclü cinsdən heç kəs yoxdur? Xarici ölkələrdə tək istirahət eləməyə qorxursunuz? Narahat olmayın, qadınların rahat istirahət edəcəyi ölkələrin siyahısı açıqlanıb.
Ekspertlərin fikrincə, qadın turistlər üçün ən təhlükəsiz yer Kanadadır. Bu ölkədə cinayətkarlıq faizi azdır, əhali qonaqpərvərdir. Üstəlik, Vankuver və Monrealı görəcəksiniz.

"SMnews"-un yazdığına görə, siyahıda ikinci yeri İtaliya tutur. Çılğın italyanlar gözəl qadınların arxasınca fit çalsalar da, qadına qarşı ədəbsiz davranmağı heç vaxt özlərinə yaraşdırmazlar. Onlar çox alicənabdırlar.

Malta da təhlükəsiz ölkədir, deyirlər, orada hər kəs bir-birini tanıyır.
Yaponiya da ən təhlükəsiz ölkələrdəndir. Oğrular, demək olar, yoxdur, qadınlara və uşaqlara xüsusi münasibət mövcuddur. Orada qadınların işə rahat gəlib-getməsi üçün ayrıca vaqonlar da ayrılıb.

"Beşliyi" dünyanın ən zəngin və təhlükəsiz ölkələrindən sayılan Sinqapur tamamlayır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər