Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər

avq-12
08:12 2019
Slovakiyada yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından trend-ə bildiriblər ki, gənc şahmatçılarımız qitə çempionatında yüksək nəticə göstəriblər.

Çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Rusiyadan sonra ikinci olublar.

Səkkiz yaşlı qızların turnirində Dinarə Hüseynova və 14 yaşlı qızların yarışında Ayan Allaverdiyeva Avropa çempionatının qızıl medalını qazanıblar. Ayan keçən il də bu yaşda Avropa çempionu olub.
Səkkiz yaşlı qızların yarışında digər təmsilçimiz Səadət Bəşirli gümüş medal qazanıb.

Digər iki şahmatçımız - Yusif Kərimli (8 yaşlı oğlanların yarışında) və 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev (10 yaşlı oğlanlar arasında) isə yarışı üçüncü pillədə başa vurublar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər