Atambayev xalqa atəş açmamağı tələb etdi – Video

avq-08
05:53 2019
Evi xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkənin güc strukturlarına müraciət edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Atamabayev onlardan xalqa atəş açmamağı tələb edib.

“İnterfaks” yazır ki, Qığızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları ilə danışıqlara başlayıb. Danışıqlarda Atambayev tərəfdən keçmiş deputatlar Ravşan Jeenbəyov, Asel Koduranov çıxış edirlər.

Keşmiş prezidentin evinə giriş onun tərəfdarları tərəfindən bağlanılıb. Bu səbəbdən xüsusi xidmət orqanları Atambayevin evinə daxil ola bilmir. Tərəflər arasında qarşıdurma yaşanır.

“TASS”ın məlumatına görə, xüsusi təyinatlılar artıq Atambayevin iqamətgahının yerləşdiyi Koy-Taş kəndini tərk edib. Ancaq iqamətgah ətrafında gərginlik hələ də qalmaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl A. Atambayevin həbs olunması xəbəri yayılsa da, məlumat hələ də rəsmi təsdiqini tapmayıb.

Sosial şəbəkələrdə Atambayevin iqamətgahından çıxaraq tərəfdarları ilə görüşdüyünü, daha sonra isə mühafizəçilərin əhatəsində naməlum istiqamətə getdiyini əks etdirən görüntülər yayılıb.

Bildirək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər