Qurban Qurbanov: “Futbolçular meydanda yaxşı vuruşdular”

avq-07
06:33 2019
“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifar mərhələsinin ilk matçında Kiprdə APOEL-i məğlub etdikləri (2:1) matçdan sonra mətbuat konfransında söyləyib.

47 yaşlı mütəxəssis deyib ki, rəqibin gücü hamıya məlumdur və ilk dəqiqələrdən təzyiq yaradacaqlarını bilirdik: “APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbə qazanmağımıza baxmayaraq, arxaynlaşmayacağıq.Yaxşı başa düşürük ki, Bakıda bugünkü oyundan daha ağır qarşılaşma bizi gözləyir. Bu matçı analiz edib cavab görüşündə daha hazırlıqlı olmalıyıq”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər