Nataliya Məmmədova vidalaşdı – Fotolar

avq-06
08:46 2019
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Nataliya Məmmədova karyerasını başa vurub.

Onun sonuncu klubu Qazaxıstan “Altay”ı olub.

Təcrübəli voleybolçu bu klubla ölkə çempionu olmaqla yanaşı, Qazaxıstan kubokunu da başı üzərinə qaldırıb.

Qeyd edək ki, ölkə voleybolunda xüsusi izi olan Nataliya Məmmədova karyerasına Ukraynada başlayıb. Bu ölkənin yeniyetmələrdən ibarət millisində Avropa çempionatının gümüş medalını qazanan Nataliya Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub. O, bunadək Skazka soyadını daşıyıb.

2004-cü ildə millimizdə debüt edən 34 yaşlı Nataliya Məmmədov karyerası ərzində Bakının “Azərreyl”, Rabitə, İsveçrənin “Volero”, İtaliyanın “Keri”, İspaniyanın “İkaro”, Türkiyənin “Türk Telekom”, Rusiyanın “Dinamo”, “Omiçka”, “Dinamo Kazan” kimi klublarının şərəfini qoruyub.
Nataliya Məmmədova vidalaşdı – Fotolar
Nataliya Məmmədova vidalaşdı – Fotolar

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər