Deputatlar Xətainin heykəlindən danışdılar

avq-06
08:22 2019
Fəzail Ağamalı: “Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq problemə çevrilib”; Fərəc Quliyev: “Heykəl yaxşı yerdə qoyulmayıbsa…”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai ilə bağlı dediklərindən sonra günlərdir davam edən müzakirələr ən müxtəlif istiqamətlərə yönəlir.

İki il öncə o vaxtkı Bakı şəhər rəhbəri Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtın Xətai rayonunda, Yusif Səfərov küçəsindəki təmir işlərindən sonra dövlət xadiminin heykəli iki yolun arasında qaldı. Belə ki, abidəyə yaxınlaşmaq üçün heç bir şərait yoxdur. Yolu keçərək tarixi şəxsiyyətin abidəsini ziyarət etmək qayda pozuntusu hesab edilir. İndiyə qədər dəfələrlə bu məsələ gündəmə gətirilsə də, problem öz həllini tapmayıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a problemlə bağlı bunları dedi: “Bakının böyük bir şəhəri, metrosu Xətainin adını daşıyır, adına küçə var. Onun adı daimi olaraq əbədiləşdirilib. Paytaxtımızda heykəli də qoyulub. Bunlar çox müsbət hallardır. Amma Yusif Səfərov küçəsində aparılan yenidənqurma işlərindən sonra Şah İsmayıl Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq doğrudan da bir problemə çevrilib. Mənə elə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bununla bağlı düşünərək, problemin aradan qaldırılması üçün iradələrini ortaya qoymalı, konkret addımlar atmalıdırlar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Mən Xətaini müdafiə etmirəm. Çünki onun müdafiəyə ehtiyacı yoxdur. Sadəcə açıq şəkildə görünən budur ki, Azərbaycan dövlətinin tarixinə baxışlar fərqlidir. Hətta primitiv şəkildə, savadsızcasına məsələyə bəzən elə yanaşırlar ki, Azərbaycan dövlətinin tarixinin 1918-ci ildən başlandığını ən yüksək tribunalardan ifadə edirlər. Bunlar çox yanlış hallardır. Söhbət Bütöv Azərbaycandan gedir. Xətai böyük bir imperiya qurub, Azərbaycan dövlətçiliyini oturuşdurmuş bir şəxsdir, birləşdirici bir adamdır. İndi gəlib elə bir kiçik yerə dayanıblar ki, az qala desinlər ki, Xətai “QAİ” işçisidir, gəlib yol-hərəkət qaydalarını təmin eləsin. Heykəl yaxşı yerdə qoyulmayıbsa, tələb olunar ki, başqa bir yerdə qoyulsun, adına meydanlar verilsin. Yaxşı oldu ki, bu polemikaları açdınız. Əvvəllər Azərbaycan dövlətçilik tarixindən çox az sayda yazılar olurdu. Hesab edirəm ki, heykəl məsələsinin indiki şəraitdə bu şəkildə qabardılması deyilmiş fikirlərə, yanlışlıqlara bəraət qazandırmaq üçün bir bəhanədir. Açığı heç kəsin üzərinə getməyin tərəfdarı deyiləm. Bəziləri savadsızlıqdan, cahillikdən, başqalarının təsiri altında olduqlarından bu məsələyə əl qoydular. Amma cəmiyyətin sərt təpkisini gördülər. Azərbaycan türkü öz tarixinə sahib çıxmağı hər zaman bacarır. Xətai və digər tarixi şəxsiyyətlərimizin adlarına meydanlar, heykəllər olmalıdır. Bu başqa məsələdir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər