AzTV-dən Cavanşir Quliyevə ŞOK QADAĞA

avq-05
10:10 2019
“Sənatkarın ruhu azad olmalıdır. Azad olmayan sənətkar hökümətə, hakimiyyətə bağlı olan, ona əl açan sənətkar əsərlərində də azad olmayacaq və keyfiyyətli əsərlər də yazılmayacaq”.
Bunu bəstəkar Cavanşir Quliyev BBC Azərbaycanca-ya müsahibəsində deyib.

O, bildirib ki, AzTV-dən hazırlanan bir tamaşanın musiqisini yazmaqla bağlı sifariş alıb. Lakin sonradan rəhbərliyin bu sifarişin ona verilməsini bildikdə buna mane olduğunu qeyd edib:

“Bu tamaşada xaricdə yaşayan azərbaycanlı aktyorlar da çəkiləcək, məndən də musiqini yazmağımı istədilər. Hətta başladım da işləməyə. Bir müddətdən sonra tamaşanın rejissoru dedi ki, AzTV-nin yeni sədri Rövşən müəllim dedi ki, bu tamaşanın musiqisini Cavanşir yazmayacaq".

AzTV-nin mətbuat xidmətindən bildirilib ki, "bəstəkarın bu ittihamının haradan qaynaqlandığı" onlar üçün də "müəmmalı"dır və bunu araşdıracaqlar.
Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovun sözlərinə görə, AzTV-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində hazırda çəkilişləri aparılan film və tamaşaların heç birində "bəstəkar olaraq Cavanşir Quliyevə heç bir rəsmi müraciət olmayıb və yaxud bundan rəsmi imtina olmayıb".

"Ümumiyyətlə əvvəldən təsdiqlənən hər hansı bir yaradıcı heyətin siyahılarının heç birində Cavanşir Quliyevin adı olmayıb. Bu baxımdan bəstəkarın bu ittihamının haradan qaynaqlandığı bizim üçün də müəmmalıdır və bu, araşdırılacaq", Mübariz Aslanov qeyd edib.

Sözçü onu da vurğulayıb ki, AzTV heç bir zaman hansısa sənətçinin və ya mədəniyyət xadiminin əsərlərinə qadağa qoymayıb:

"İstər AzTV, istərsə də Mədəniyyət kanallarında onlarla tanınmış sənətçilərin, xalq və əməkdar artistləri, bəstəkarların əsərləri yer alır və bu zaman Cavanşir Quliyevin də repertuarına yer verilir. Yeni tamaşalara gəlincə, istər aktyor, istərsə də musiqi tərtibatını bilavasitə peşəkarlara, bu sahədə öz sözünü deyən mütəxəssislərə etibar etmişik", - Mübariz Aslanov əlavə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər