Azərbaycanda toyda dava – Ana və oğlu döyüldü

avq-05
06:04 2019
Şəkidə toyda dava düşüb, 32 yaşlı kişi və anası döyülüb.

APA xəbər verir ki, dünən axşam saatlarında rayonun Aşağı Göynük kənd sakinləri 1987-ci il təvəllüdlü Mahir Laçın oğlu Mustafayev və anası 1959-cu il təvəllüdlü Qəndavət Səlim qızı Mustafayevə müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Bildirilir ki, Mahir və anası Qəndavətin yaşadıqları kənddə keçirilən toy mərasimində tanıdıqları şəxs tərəfindən döyüldükləri məlum olub.

M.Mustafayevə döş qəfəsinin qapalı travması, anasına isə sol baldırın əziyi diaqnozu qoyulub. M.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.

Q.Mustafayevanın xəsarəti yüngül olduğundan müayinədan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər