“Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib” – İntihar edən 17 yaşlı Gülərin əmisi qızı

avq-02
08:50 2019
İki gün öncə intihar edən Zaqatala rayon Əliabad kənd sakini, 17 yaşlı Gülər ismayılovanın özündən 15 yaş böyük kişiylə nişanlanması barədə deyilənlər həqiqət deyil.

Bu barədə ölkə.az-a açıqlamasında Gülərin əmisi qızı Aynur İsmayılova məlumat verib:

“15 yaş böyük insana ərə verilməsi barədə deyilənlər yalandır. Öz istədiyi olub, amma nişanlı deyildilər. Nişan məsələsi də həqiqət deyil. İntihar səbəbini özümüz də bilmirik. Şokdayıq… Gülərgil iki bacı, bir qardaşdılar. Bu yaxınlarda bacısının nişanı olub. Yəqin ona görə camaat səhv salıb”.

A. İsmayılova Gülərin ailəsiylə münasibətləri barədə danışmaq istəməyib:
“Hadisə səhər saat 5 radələrində baş verib. Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib. Heç bir problemləri olmayıb. Ailəsiylə münasibətləri barədə dəqiq məlumatım yoxdur”.

Qeyd edək ki, Əliabad kənd icra nümayəndəsi Həsən Həsənov əməkdaşımızla söhbətində G.İsmayılovanın özündən 15 yaş böyük oğlanla nişanlanmağına etiraz edərək, özünü evlərinin həyətyanı sahəsindəki tövlədən kəndirlə asdığını bildirmişdi.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma apar

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər