“Qarabağ” APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq

avq-01
09:20 2019
Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti oyunlarının vaxtı və saatı açıqlanıb.

Azərbaycan çempionu III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə ilk matçına avqustun 6-da çıxacaq.

Nikosiyada təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda baş tutacaq. Oyun ilk 2 mərhələdə olduğu kimi, “Dalğa Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:30-da veriləcək.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”sinə, ardınca İrlandiya “Dandolk”una qalib gəlib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər