““Sahədən baha almışıq” deyib kəndlinin günahına girirlər”

iy-25
07:23 2019
“Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuza tələb edirlər”.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “Qafqazinfo”ya açıqlamasında paytaxtda yemişin qiymətinin baha olmasına münasibət bildirən zaman deyib.

O bildirib ki, alverçi, vasitəçi dediyimiz zümrə 1-2 qəpiyi də fermerə çox görür: “Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, “sahədən baha almışıq, ona görə baha satırıq”- deyib kəndlinin günahına girirlər. Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq!”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər