Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşüb

iy-24
05:16 2019
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşüb

İyulun 23-də Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Musabəyli kəndindən olan sakinləri qəbul edib. Qaraqoyunlu kənd mədəniyyət evinin binasında keçirilən və rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmışdır. Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır.

Vətəndaşlar tərəfindən fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərin bərpası, Musabəyli kənd tam orta məktəbi üçün yeni binanın inşası, modul tipli sutəmizləyici qurğunun quraşdırılması, Qaraqoyunlu kəndində uşaq musiqi məktəbinin tikintisi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.

Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə vətəndaşlara qanunauyğun izahatlar, həmçinin onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşübAğsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşübAğsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşübAğsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşübAğsu Rayon İcra Hakimiyyətinin başçısı Musabəyli kənd sakinləri ilə görüşüb

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər