Öz-özünü keysəriyyə edib, uşağını xilas edən qadın – Mətbəxdə əməliyyat

iy-20
06:16 2019
Dünyada öz-özünü əməliyyat edən, gülləsini çıxaran, yarasını tikən insanlar, cərrahlar var. Amma bir qadının ağlagəlməz əməli nəinki həkimləri, bütün dünyanı şoka salıb.

Haqqında film çəkilən qadın Meksikanın ucqar Rio de Talea kəndindəndir. O, hamiləliyin son aylarında gecə saatlarında qəfil suyunun açıldığını görür. Həkimə və qonşulara xəbər verməyə imkan tapmayan qadın elə evindəcə doğuma başlayır.

Medicina.az bildirir ki, suyunun qurtardığını, amma uşağın hələ doğulmadığını görən qadın körpənin də, özünü də öləcəyini görüb, mətbəx bıçağı ilə qarnını və uşaqlığını kəsərək körpəni çıxarır. Onu silkələyib nəfəsini açır, göbəyini kəsir, öz yarasına isə çoxlu əski, paltar basıb saxlayır.

Kənd feldşeri səhərəyaxın gəlib çıxır, gördüyündən dəhşətə gəlir. Bacardığı qədər qadının qarnını tikir, uşağı və ananı xəstəxanaya çatdırır. Burda həm uşağa, həm anaya tibbi yardım göstərilir. Xoşbəxtlikdən yara infeksiya tutmayıbmış.

Hazırda oğlu Orlando Krus böyüyüb, ana da sağlamdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər