Elçin Quliyev yaralı əsgərin başından öpdü - Video

iy-19
06:54 2019
Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.

General əsgərlə söhbət edən zaman onun gələcək planları barədə soruşub. Ceyhun Bayramov isə cavab olaraq qoşunlarda xidmətə davam edəcəyini bildirib. Buna görə Elçin Quliyev əsgərə “çox sağ ol” deyərək onu başından öpüb. General-polkovnik belə oğullarla qürur duyduğunu bildirib.

"Qafqazinfo" Azvision.az-a istinadən görüşün videosunu təqdim edir:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər