“Partizani” müdafiə olunmaqdan həzz alırdı” – Qurban Qurbanov

iy-18
08:42 2019
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.

O, əvvəlcə matç barədə danışıb:

– Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. “Partizani” müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm.

– İlk oyundan sonra tənqidlər var idi ki, komanda meydanda ağır görünür. Bu gün isə futbolçular sürətli idi. Doğrudanmı, bir həftə ərzində bu qədər dəyişiklik oldu?

– Açığı, tənqid görməmişəm. Hazırlıq prosesindən sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Digər tərəfdən bəzi oyunçular kollektivə gec qoşuldular. Fərqli hazırlıq oldu. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbrli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər.

– Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiniz?

– Məncə, bunda elə bir problem olmamalıdır.

– Bədavi Hüseynovun durumu nə yerdədir?

– Sual altındadır. Növbəti mərhələnin cavab oyununu da buraxa bilər.

– Mərkəz müdafiəçisi transferi düşünmürsünüz?

– Legionerləri də gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Lazım olanda Maksim Medvedevi də mərkəzə çəkəcəyik. İnşallah, bir problem olmaz.

– Növbəti rəqib “Dundalk” oldu. Bu barədə nə deyə bilərsiniz?

– Məncə, nəsə bildirmək üçün tezdir. Rəqibi daha yaxından tanıdıqdan sonra ətraflı məlumat vermək olar. Uzaq səfərə çıxacağıq. Bu da futbolçularda yorğunluq yaradacaq. Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq.

– Qol vəziyyətlərini boşa vermək nə ilə bağlıdır?

– Rəqibin oyunçularını da nəzərə almaq lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər. Futbolda belə hallar olur. Bəzən 4-5 epizodu qaçıra bilirsən. Bəzən isə bir şansın olur, onda da fərqlənirsən.

– “Qarabağ” adətən təmkinli oynayır. Bu dəfə isə hücumameyilli çıxış etdiniz. Bu, oyun üslubunuzdakı dəyişikliklə bağlıdır?

– Bu gün çox topa sahib olduq. Səfərdəki matçda da rəqib zonaları boş qoymurdu. O qədər də hücumlarımız olmamışdı. Amma doğma meydanda azarkeş dəstəyi ilə futbolçular daha inamlı olur.

– Ailton Silva ilk rəsmi oyununa çıxdı. O, Geryenin boşluğunu doldura biləcəkmi?

– Normal oynadı. Ailton yaxşı formasından uzaqdır. Oyun təcrübəsi də azdır. Son rəsmi oyununu səhv etmirəmsə martda oynamışdı. Yaşı da azdır. Futbolçuları müqayisə etmək istəməzdim. Hər bir oyunçunun öz potensialı var. Ailtonda bu gün heç də pis alınmadı. Yavaş-yavaş qaydasına düşəcəyini düşünürəm.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər