Azərbaycanda iyrənc cinayət – Evə gəlib qayınanasını zorladı

iy-17
09:55 2019
Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.

Publika.az” xəbər verir ki, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirib.

53 yaşlı qadının sözlərinə görə, qızının 34 yaşlı əri Elşad onun yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.

Dərhal aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Quba rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törədən 34 yaşlı kişi daha əvvəl də bir neçə dəfə qayınanasını zorlamaq istəyib.

Sonuncu dəfə isə o, kənd ərazisində pivə içib və spirtli içkinin verdiyi cəsarətlə, həmçinin qadının evdə tək olmasından istifadə edərək çirkin planını həyata keçirib.

Araşdırmalar davam etdirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər