Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı – VİDEO

iy-16
08:27 2019
Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin “Minval.info”ya verilən məlumatına görə, qeydə alınan videogörüntülər metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.

Şöbənin baş inspektoru Amil Səmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirilib:

“Müəyyən edilib ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” – “Həzi Aslanov” xətti üzrə hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib”.

Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.



Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər