“Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

iy-16
07:34 2019
Ankara öz sözünü tutdu və Rusiyanın “S-400” zenit-raket komplekslərini aldı.

“Qafqazinfo” "A Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında təşkil edilmiş mitinqdə çıxışı zamanı deyib.

“Bu barədə nə deyirdilər? Biz almayacağıq, bacarmayacağıq. Biz aldıq? Bəli! Biz - türklər verdiyimiz sözün üstündə dururuq”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan daha sonra 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə xalqının öz cəsarəti və qəhrəmanlığı sayəsində ölkənin müstəqilliyi və gələcəyini qorumasından söz açıb.

"Mən iyulun 16-na keçən gecə ölkəmizin müstəqilliyi və gələcəyini qorumaq üçün tanklar, təyyarələr və güllələr qarşısına çıxan qəhrəman xalqımızı salamlayıram. Heç bir terrorçu təşkilat heç vaxt bizim birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı poza bilməyəcək", - ölkə başçısı qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər