09:29 16.07.2019 139

Təlaşa ehtiyac yoxdur

“Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən”

(Sabir)

Bu yaxında kənd təsərrüfatı nazirinin müavini dükan-bazarda bahaçılıqla bağlı demişdi ki, təlaşa ehtiyac yoxdur. Əlbəttə. Mən də hansısa nazirlikdə işləsəm heç zaman təlaş etməzdim. Eyni zamanda nazirlikdə işləməyənlər üçün də təlaş lazımsız şeydir. Ət olmaz, böcək yeyərik. Deyir, beynəlxalq təşkilatlar da camaata həşərat yeməyi məsləhət görür: əqrəb, hörümçək, qarışqa, tarakan… Uzun sözün qısası, hərəkət edən nə varsa yemək olar. Tərtəmiz zülal imiş. Yaxın illərdə planetdə camaat o qədər artacaq ki, bunlara mal-qara əti çatdırmaq mümkün olmayacaqdır. Kim indidən həşərat yeməyi öyrənsə, salamat qalacaqdır. (O vaxtacan Ermənistan boşalacaq, biz Qarabağı alacağıq. Ümid edirəm MTN Eldar da Metro Tağının 3 milyon dollarını qaytarmış olar. Yaşlı, şair adamdır, qoca vaxtında çətinlik görməsin). Ağcaqanadı otaqda şəxsi qanınla bəsləyəndə əsl təbii, GMO-suz, orqanik yemək alınır. Əqrəbin zəhəri isə qaynadanda yox olur – bunu mən telekanalizasiyalarımızın hansındasa mətbəx verilişində gördüm. Orada rayonda yaşayan müəllimlər və həkimlər dolanışıq üçün ilan-qurbağadan ləziz milli xörəklər hazırlamağı məşq və təlim edirdilər. Deyir, qurbağadan yaxşı yayma xəngəl, qarışqadan isə basdırma olurmuş. Milçəyin əla yarpaq dolması çıxır. Hələ çəyirtkə antrikotu… Mmmm… Ləzzətdir. Vaxt gələcək, şadlıq sarayında mətbəxdən quzu əti tapılması milləti narahat edəcəkdir, baxarsınız.

Bir az dini, halal-haram məsələsi var, onu da şeyximiz fətva ilə həll edər. Dövlət idarəsidir, nə işə yaramalıdır? Ümumiyyətlə, nazir müavini təlaşa ehtiyac olmadığını deyəndə həmçinin bizim dualarımızı nəzərdə tuturdu. Biz belə sınaqlardan çox çıxmışıq. Qiymət qalxanda bizim əllərimiz də havaya qalxır. Qiymət və əllərimiz düz mütənasib əlaqəyə malikdir. Pis mənada, təslimçilik kimi yox, dua etmək üçün. Şükranlıq üçün. Necə deyərlər, pis günümüz belə olsun… Daha pis ola bilərdi – öz potensialımıza, qabiliyyətimizə bələdik. O üzdən, dini kadrlara ehtiyac artır. Mühəndis ixtisaslarını ləğv eləsək də, bu ildən molla peşəsində artım vardır. Deyir, keçən il Azərbaycan İlahiyyat İnstitutuna 60 tələbə qəbul olmuşdur, 2019-cu ildə dövlət qəbul planını artırmağa məcbur olaraq tələbə sayını 72 nəfərə qaldırmışdır. Əlhəmdüllah. Maşallah. Mollalarımız çox olmalıdır ki, xalqın göylə əlaqələri zəifləməsin, bağ-bostan, pomidor-xiyar dərdi çəkməsin. Fani dünyadır, axirət üçün çalışın. Vallah. Məsələn, mənim çoxlu pulum olsa holdinqimin adını “Axirət Holdinq”, ya da “Şükürolsun” qoyardım. Sözgəlişi, bu yaxında ölkənin ən böyük monopolisti iqtisadiyyatımızda monopoliyaların olmasından şikayətlənmişdi. Həmin vaxt o qədər güldüm, az qaldı qarnım cırılsın, sonra sakitləşdim, dedim, qarnım cırılar, boş olduğu görünər, xaricdən maliyyələşən axmaqlar çəkib internetə qoyarlar, respublikamızın müsbət imicini zədələyərlər. Patriotizm bax belə şeydir, gərək güləndə də elə güləsən, qarnın cırılmasın.

Təlaşsızlıq o qədər bizi arxayın salıb ki, bir arvad uşağını metroda unudub çıxıb getmişdi. Deyir, ağzı telefonda danışmağa qızışıb, növbəti stansiyalarda baxıb uşaq yanında yoxdur. Ancaq bunun özü respublikamızda asayişin, ictimai-siyasi sabitliyin sübutu deyildirmi? Uşağı harada istəsən qoy, başını burax, çıx get. Tam arxayın şəkildə. Axşamüstü hüquq-mühafizə orqanları özləri gətirib beşiyinə buraxacaqdır. Pampersini dəyişdirirlər. Hələ bəzi uçastkovılar milli laylay oxuyur, körpəni yatızdırıb gedirlər. Sərbəstlik, azadlıq, insan hüquqları, sərbəst toplaşma, sərməst goplaşma, sərrast zopalaşma, sərsəm sabunlaşma və sairə azadlıqlar necə inkişaf edibsə, maşinistlər qatarı açıq qapı ilə sürür, camaat metroda siqaret çəkir, manıslar hovuzda öpüşür, avtobus sürücüləri maşın sürə-sürə vatsapda sevgililərinə ürək işarəsi göndərirlər.

Elə mən də yazımın sonunda bütün oxucularıma öpücük işarəsi göndərirəm. Bu il öpücüklərimiz boldur, yaxşı məhsul var.

Zamin HACI
Xeberci.info
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

Katolikos: “Ermənistan uçurumun kənarındadır”

13:02

Buz sürüşməsi 10 insanın həyatına son qoydu, 150-dək insan itkin düşdü - VİDEO

12:58

Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR

12:52

3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq

12:45

İsveçrədə koronavirus vaksinindən 16 nəfər öldü

12:38

200 gündən artıq bağlı qalan Bakı metrosu barəsində RƏSMİ AÇIQLAMA

12:34

Ermənistanda ordu dövlət çevrilişində israrlıdır

12:32

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

12:26

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

23:48

Narkomaniya-Əsrin bəlası

23:36

Namiq Mürsəlov: 44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu

23:28

Bu gün Ağsu şəhərində Xocalı faciəsinin 29-cu il dönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

15:00

Ağdam rayonunun Tərnöyüt kəndi - VİDEO

14:32

Xocalı soyqırımında əlindəki fənər 6 yaşlı uşağı xilas edib - VİDEO

13:55

Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”

13:52

Prezident: “Dağlıq Qarabağ” ifadəsini işlətməməliyik”

13:48

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

13:20

Vətəndaş Məmnunluğu - FOTOLAR

13:08

Əlihüseyn Mayılov: Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir

12:47

Əli Hüseynov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

12:02

İlham Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”

11:41

İlham Əliyev: “Hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq”

11:29

“Haber Global”: “Tarixdə dəhşət səhifəsi olan Xocalı” - FOTO

11:25

Prezident: “Ermənistandan istənilən təxribat yersizdir”

11:20

Nazirlikdən AÇIQLAMA - Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - VİDEO

11:15

Prezident: “Əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın”

11:11

Çavuşoğlu Xocalı qurbanlarını andı - FOTO

11:06

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

11:02

İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM

10:32

Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

10:28

Hikmət Hacıyev: "Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik"

09:33

Xocalı soyqırımının şahidi: “Ermənilər atamı öldürdü, qardaşım itkin düşdü” - VİDEOREPORTAJ

09:28

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

09:17

İlham Əliyevdən Xocalı paylaşımı - FOTO