Venesuela ötən həftə $40 mln. dəyərində qızıl satıb

iy-16
06:21 2019
Venesuela hökuməti, ABŞ-ın sanksiyalarına rəğmən, ötən həftə 40 mln. dollar dəyərində qızıl satıb.

APA xəbər verir ki, belə bir məlumatı “Bloomberg” agentliyi özəl mənbələrə istinadən yayıb.

Məlumata görə, Venesuela Mərkəzi Bankı iyulun 12-də təxminən 1 ton qızıl satıb. Agentlik alıcıların hansı ölkələr olduğunu göstərməsə də, BƏƏ və Türkiyənin bu ölkələr sırasında ola biləcəyi ehtimalını irəli sürüb. Qeyd olunur ki, rəsmi Karakas bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinib.

Agentlik bildirir ki, Venesuela aprelin əvvəlindən bəri ümumilikdə təxminən 24 ton qızıl satıb ki, nəticədə ölkənin qızıl ehtiyatı 8,1 mlrd. dollar həcminə düşüb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər