Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək – YENİLİK – VİDEO

iy-16
06:18 2019
Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.

Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.

Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək.

Qeyd edək ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.

Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər