Çernobılda təhlükəli radioaktiv obyekt tapılıb

iy-15
06:00 2019
Çernobılda radiasiyaya məruz qalmış “ZİL” markalı yük maşınının qalıqları tapılıb.

APA “TASS”a istinadla xəbər verir ki, bu barədə Çernobıl Radiasiya və Ətraf Mühit Bioloji Qoruğunun “facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, radioaktiv obyekt insan həyatı və sağlamlığı üçün son dərəcə təhlükə yarada bilər.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl hökumətə Çernobılda turizm potensialının inkişaf etdirilməsi üçün üç ay ərzində tədbirlər planı hazırlanmasını tapşırmışdı.

“Yeni təhlükəsiz Çernobıl bölgəsi”nin beynəlxalq turizm bazarında təşviq edilməsin nəzərdə tutan sənəddə təhlükəli zonaların dəqiqləşdirilməsi, turistlərin təhlükəsizliyi baxımından konkret marşrut sxeminin hazırlanması xüsusi olaraq öz əksini tapıb.

Federal Neft və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin direktoru Aleksandr Xamaz isə Çernobıl AES ətrafında kütləvi turizmin yaradılması ideyasının çox riskli olduğunu bildirib. Onun sözlərinə görə, bu, beynəlxalq təhlükəsizlik standartlarına ziddir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər