Səkkiz can alan qəza ilə bağlı tükürpədən faktlar – Video

iy-12
07:42 2019
Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.

Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin – ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.

Dünən onların üç mərasi keçirilib.

Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa “99 LH 458” nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.

Qəza baş verən gün sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.

Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər