Diplomu rektordan oynayaraq alan məzun danışdı

iy-12
07:19 2019
Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alması maraqla qarşılanıb.

“Qafqazinfo”ya açıqlama verən 22 yaşlı Şaiq bildirib ki, bu addımıyla sadəcə öz sevincini bölüşmək istəyib:

“Bununla öz sevincimi qeyd etmək istədim. Əvvəlcədən bunu edəcəyimi bilirdim. Sadəcə, necə edəcəyimi planlaşdırmamışdım. Rektorun bunu təbəssümlə qarşılamağı gözlənilən idi. Çünki sevincini qeyd edən tələbə qeyri-adi və ya neqativ bir şey etmir. Sadəcə, sevinir və anı yaşayır. Tədbir universitetdaxili idi, ona görə də kənara çıxacağını gözləmirdim. Özüm üçün də sürpriz oldu. Etdiyim hərəkətdə xüsusi bir şey yoxdur. Buna ən yaxın nümunə futbolçuların və digərlərinin öz sevincini bölüşməsidir”.

Qeyd edək ki, Şaiq Məmişov eyni zamanda Prezident təqaüdçüsüdür. O, Ali Neft Məktəbinə 685 balla qəbul olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər