Etibar Məmmədovdan qohumlarının jurnalisti ölümlə təhdid etmələrinə REAKSİYA: - “Bilmirəm, nə xəbərdir”

iy-11
11:22 2019
AMİP lideri qohumlarının tanınmış jurnalisti ölümlə təhdid etmələri xəbərindən məlumatsız olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, “Reaksiya” TV-nin rəhbəri Zaur Qəriboğlu özlərini Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun qohumları kimi təqdim etmiş şəxslər tərəfindən ölümlə təhdid olunduğunu bəyan edib.

Qəriboğlu bu barədə rəhbərlik etdiyi kanalın canlı efirində danışıb.

Jurnalistin sözlərinə görə, onu təhdid edənlərdən biri Etibar Məmmədovun Nadir adlı qudasıdır. Jurnalistin ölümlə təhdid olunmasının ciddiliyini nəzərə alaraq, bu məsələdə qohumları vasitəsilə adı hallanan Etibar Məmmədovla əlaqə saxladıq. AMİP lideri saytımıza qısa açıqlamasında, haqqında danışılan məsələ barəsində məlumatsız olduğunu deyib:

“Mən belə boş xəbərlərə reaksiya vermirəm. Heç bilmirəm, nə xəbərdir. Ona görə də heç bir şey deyə bilmərəm”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər