Biləsuvarda qadın qarpızdan zəhərlənib öldü – Rəsmi reaksiyalar

iy-11
08:56 2019
Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

Hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib.

27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib.

Araşdırma aparılır.

Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan oraya gəlin köçdüyü bildirilir.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəstə axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə daxil olub. Yaxınlarının deməsinə görə qarpızdan zəhərlənib. 05:30 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq dünyasını dəyişib. Faktla əlaqədar rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün, meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verməsinə mərhumun yaxınları qəti etirazlarını bildiriblər. Bu səbəbdən də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat təqdim olunacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər