“O, nə kişi, nə də Qafqaz oğlu sayılır”

iy-09
07:31 2019
“Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Çeçenistan lideri Ramzan Kadırov “Rustavi 2” kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

Kadırov hesab edir ki, hər şey kanalın düşündüyü kimi baş verib. Əks halda Qabuniyanın çıxışı elə ilk saniyədən dayandırılardı: “O, nə kişi, nə də Qafqaz oğlu sayılır. Qafqazda kişilər heç qan davası olduğu şəxslərin ünvanına belə təhqiramiz sözlər işlətmirlər. Bu, Gürcüstan və gürcü xalqı üçün rüsvayçılıqdır. Jurnalistin kobud ifadələri rus xalqına, ayrı-ayrılıqda Rusiya vətəndaşlarına qarşı təhqirdir”.

Çeçenistan lideri onu da vurğulayıb ki, Rusiya vətəndaşı olan gürcülərə təsir etməyəcək formada Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər